Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Sport24.az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı final qarşılaşmada Pərvinə Səməndərova nı 1:0 hesabı ilə məğlub edərək paralimpiya çempionu olub.

Qeyd edək ki, dünən paracüdoçularımız - Namiq Abaslı (66 kq), Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Raman Saleh qızıl medalçı olub. İlk medalçımız isə paurliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc mükafatı qazanmaqla olub.