Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. Sport24.az xəbər verir ki, L qrupunda çıxış edən Edi 2-ci tur çərçivəsində Danimarkanı təmsil edən Aders Antonsenlə qarşılaşıb.

Görüş Azərbaycan təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Bununla da Dviçayo Tokio-2020 ilə vidalaşıb.