Tokio-2020 yay Olimpiya Oyunlarının kişilərin futbol yarışına yekun vurulub. Sport24.az xəbər verir ki, final oyununda Braziliya və İspaniya milliləri üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Əlavə vaxtın 108-ci dəqiqəsində qol vuran cənubi amerikalılar Olimpiya çempionu olub.