Azərbaycan boksçusu Məhəmməd Abdullayev Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb. Sport24.az xəbər verir ki, +91 kq çəkidə yarışan idmançımız 1/8 final qarşılaşmasında özbəkistanlı dünya və üçqat Asiya çempionu Baxodir Jalolovla qarşılaşıb.

0:5 hesabı ilə uduzan Abdullayev mübarizəni dayandırıb.

Qeyd edək ki, daha öncə boksçularımızdan Tayfur Əliyev (57 kq.) və Lorenzo Sotomayor (69 kq.) da çıxışlarını başa vurub.