Taekvondo üzrə Olimpiya çempionu Vladislav Larin mayın 29-da Bakıda start götürəcək dünya çempionatında iştirak etməyəcək. Sport24.az xəbər verir ki, Beynəlxalq Taekvondo Federasiyası mündiala qatılacaq rusiyalı idmançıların siyahısını tərtib edərkən onu kənarda saxıayıb.

Mətbuata açıqlama verən Larin bunun səbəbini anlamadığını söyləyib: “Nə üçün belə etdiklərini söyləyə bilmərəm. Yaxşısı budur, bunun səbəbini onların özündən soruşun. Nəsə bilsəydim deyərdim. Yarışlara hazırlaşdığım məqamda belə bir xəbəri eşidirsənsə, özünü necə hiss edə bilərsən? Rusiyanın Ukraynadakı müharibə siyasətini dəstəkləməyimin bu qərara təsir göstərməsi ehtimalına gəlincə, bu haqda danışmayacam”.