Azərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Paralimpiya Oyunlarının açılış mərasimində paraddan keçib.

Sport24.az xəbər verir ki, tədbirdə Dövlət bayrağını yerli Təşkilat Komitəsinin üzvlərindən biri daşıyıb.

Azərbaycan paradda iştirak edən 18-ci ölkə olub. Açılışa komandanın missiya rəhbəri Rauf Mürsəlov, nümayəndə heyətinin üzvü Azər Tapdıqov və qış idman növləri üzrə milli komandanın baş məşqçisi Məhəmməd İsmayılov qatılıb.

Tamaşaçılar önündən Belçika birinci, Yaponiya ikinci, Danimarka isə üçüncü keçib.

Kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq Mehman Ramazanzadə zədə səbəbindən hələlik Çinə yollana bilməyib. Onun martın 6-da Pekinə səfər edəcəyi gözlənilir. Ramazanzadənin çıxışı martın 9-da baş tutacaq.

Qış Paralimpiya Oyunları 4-13 martda təşkil olunacaq. Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.