Bu gün Azərbaycanın iki sərbəst güləşçisi və bədii gimnastı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək. Sport24.az xəbər verir ki, həmçinin yunan-Roma güləşi yarışlarında ölkəmizi təmsil edən Həsrət Cəfərov bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

 

İlk olaraq bədii gimnast Zöhrə Ağamirova fərdi proqramda mübarizəyə qoşulacaq.

O, öncə topla (12:30), sonra halqa (14:00) ilə bacarığını göstərəcək. Gimnast ardınca lentlə (17:30) və gürzlə (19:00) çıxış edəcək.

 

Ardınca sərbəst güləşçilər ilk görüşlərinə çıxacaqlar.

 

Saat 13:00-da Osman Nurmaqomedov (86 kq) monqolustanlı Bat Erden Byambasurenlə üz-üzə gələcək. Əliabbas Rzazadə (57 kq) isə özbəkistanlı Qulomjon Abdullayevlə görüşəcək.

 

Hər iki idmançımız 1/8 finaldan başlayacaq.

 

Saat 20:15-də isə yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) üçüncü yer uğrunda mübarizə aparacaq. Onun rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.

 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

 

12:00. Bədii gimnastika, fərdi
Təsnifat mərhələsi, 1-ci hissə
Zöhrə Ağamirova

13:30. Sərbəst güləş, 57 kq
1/8 final
Əliabbas Rzazadə

13:30. Sərbəst güləş, 86 kq
1/8 final
Osman Nurmaqomedov

17:00. Bədii gimnastika, fərdi
Təsnifat mərhələsi, 2-ci hissə
Zöhrə Ağamirova

20:15. Yunan-Roma güləşi, 67 kq
Bürünc medal görüşü
Həsrət Cəfərov