Madrid "Atletiko"su "Atalanta"nın yarımmüdafiəçisi Ederson üçün 35 milyon avro ödəməyə hazırdır. Madrid klubu artıq qarşı tərəfə rəsmi təklif göndərməyə hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, İtaliya klubu futbolçunu 50 milyondan ucuz satmağı düşünmür.

 

Madridlilər artıq oyunçu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb. Ederson dörd illik müqavilə imzalayacaq. Onun maaşı ildə 5 milyon avro, əlavə 2 milyon avro bonus olacaq.

 

"Mançester Yunayted" də Edersonu izləməyə davam edir. "Qırmızı şeytanlar" yarımmüdafiəçini Kazemironun əvəzedicisi kimi nəzərdən keçirir.

 

Qeyd edək ki, Ederson bu mövsüm bütün yarışlarda 33 oyunda iştirak edib. Yarımmüdafiəçi 2 qol vurub və 1 məhsuldar ötürmə edib.