Albaniya Super Liqasında 30-cu turun oyunları davam edir. Sport24.az xəbər verir ki, Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" hesabat həftəsində "doğma divarlar" arasında "Bylis"lə qarşılaşıb.
Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Əliyev də bu matçın iştirakçısı olub. Meydana start heyətdə çıxan müdafiəçi 79-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Eqnatiya" hazırda 54 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Komanda lider "Vilaznia"dan 2 xal geri qalır.