Müdafiəçi Kiran Trippye cari mövsümün sonunda "Nyukasl"dan ayrılacağını açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə İngiltərə klubunun mətbuat xidmətinə açıqlamasında bildirib:

 

"Dörd il yarımdan sonra bu gözəl klubdan ayrılmağın vaxtı gəldi. Burda özümü evdəki kimi hiss edirdim. Bu, çox emosional bir andır və mən bura üçün darıxacam.

Azarkeşlərə, Eddi Houya, məşqçilər heyətinə və pərdəarxası qalan, çox da gözə görünməyən klub əməkdaşlarına təşəkkür edirəm. Baş məşqçi mənə iki dəfə etibar etdi, böyük klubu təmsil etmək və onun kapitanı olmaq imkanı verdi. Ən əsası, kuboku qazanmağı bacardıq".

 

Qeyd edək ki, futbolçu karyerası ərzində "Nyukasl"da 157 oyun keçirib, 4 qol vurub və 29 məhsuldar ötürmə edib. O, "Sağsağanlar"la İngiltərə Liqa Kubokunu qazanıb.