İtaliya millisinin keçmiş müdafiəçisi Paolo Maldini İtaliya Futbol Federasiyasının (FIGC) prezidentliyinə əsas namizəd hesab olunur. Sport24.az xəbər verir ki. bu barədə "La Stampa" qəzeti məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 57 yaşlı Maldininin namizədliyi İtaliya idman naziri Andrea Abodi tərəfindən irəli sürülür.

 

Qeyd edək ki, İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyib. Bu səbəbdən İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina vəzifəsindən istefa verib.