Bakı Olimpiya Kompleksində "Novruz Ocağı" adı ilə bayram şənliyi tədbiri keçirilib.
Sport24.az xəbər verir ki, tədbir "Ocaq Sport" idman klubunun təşkilatçılığı ilə baş tutub.
Novruz qəhrəmanları Keçəl və Kosanın iştirakı ilə tamaşaçılar arasında müxtəlif oyunlar təşkil olunub. Onlar batutda tullanaraq, nümunəvi çıxışlar nümayiş etdiiblər.
Azərbaycan gimnastikasının müxtəlif növləri üzrə idmançılar milli geyimlərdə çıxış edərək, tamaşaçılara maraqlı anlar yaşadıblar.
Novruz Bayramı tədbirində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavinni Mariana Vasileva iştirak ediblər.