Akrobatika gimnastikası üzrə növbəti ustad dərsi Bərdədə keçiriləcək.

Sport24.az xəbər verir ki, təlimlər Akademik Zərifə Əliyeva adına məktəb-liseydə baş tutacaq.

Ustad dərsi fevralın 28-də milli komandanın baş məşqçisi Dürdanə Əhmədova və məşqçi Leyla Əliyeva tərəfindən keçiriləcək.