Litvanın Milli İdman Agentliyinin icraçı direktoru Mindauqas Spokas Azərbaycan Gimnastika Arenasına səfər edib.

Sport24.az xəbər verir ki, qonaq Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri ilə görüşüb.

Görüşdə agentliyinin infrastruktur şöbəsinin müdiri Rimantas Serksnas, Təhsil və İdman Nazirliyinin müşaviri Dalia Qalnaitite də iştirak edib. Nümayəndə heyəti Milli Gimnastika Arenasındakı şəraitlə tanış olub.