Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilir ki, bu, ölkə gimnastika tarixində batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır.
Bununla da gimnastika millimizin Paris-2024-ə qazandığı vəsiqələrin sayı 2-yə yüksəlib.
Qeyd edək ki, bədii gimnastımız Zöhrə Ağamirova da ötən il Paris-2024-ə lisenziyaya sahib olub.