Sərbəst güləçilərimiz Bolqarıstanın Varna şəhərində keçirilən "Dan Kolov – Nikola Petrov" turnirini üç medalla başa vurublar. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

 

Son olaraq Murad Haqverdiyev (65 kq) gümüş mükafat əldə edib. O, finalda yerli idmançı Səlim Naimə uduzub.

 

Qeyd edək ki, daha əvvəl Sadiq Mustafazadə (92 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) isə bürünc medal qazanıb.