Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Sport24.az xəbər verir ki, yarışın beşinci günündə qadın güləşçilərin mübarizəsinə yekun vurulacaq.

Bu gün 53 kq, 57 kq, 62 kq, 65 kq və 72 kq çəkilərində medallar uğrunda qarşılaşmalar baş tutacaq. Azərbaycan millisinin 3 güləşçisi xalçaya çıxacaq. Onlardan ikisi qızıl, biri bürünc üçün mübarizə aparacaq.

Qadın güləşi
53 kq

Ardıcıl iki qələbə qazanan Elnurə Məmmədova finalda xalçaya çıxacaq. O, çempionluq üçün ukraynalı Liliya Malançuka uduzaraq, gümüş qazanıb.

57 kq
Jalə Əliyeva da ardıcıl 3-cü qələbə ilə Avropanın ən yaxşısı olmağa çalışacaq. O, həlledici görüşdə Elvira Kamaloğlu ilə (Türkiyə) üz-üzə gələcək.

72 kq
Mərziyə Sadıqova bürünc medal uğrunda mübarizə aparacaq. Güləşçimizin rəqibi Bukrenaz Sert (Türkiyə) olacaq.

Qeyd edək ki, Azərbaycan qadın güləşçiləri ilk medal günündə bir bürünc qazanıb.