Sərbəst güləş üzrə Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Sport24.az xəbər verir ki, bu uğura Giorgi Meşvildişvili imza atıb.

125 kq çəkidə mübarizə aparan pəhləvanınız Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində uğurla çıxış edib. 1/4 finalda Abraham Konyedonu (İtaliya) 10:0 hesabı ilə üstələyən təmsilçimiz yarımfinalda Alen Xubulova (Bolqarıstan) qalib gəlib – 7:0. İdmançımız bu qələbə ilə Olimpiya Oyunlarına yüksəlib.

Beləliklə, yarışa qatılan hər bir sərbəst güləşçimiz çıxışını vəsiqə ilə bitirib. Meşvildişvilidən öncə eyni uğura Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86 kq) da imza atıb.