Azərbaycan güləşçisi Turan Bayramovun olimpiya lisenziyası qazandığı görüşün nəticəsi Dünya Güləş Birliyi (UWW) tərəfindən araşdırılacaq. Sport24.az xəbər verir ki, buna İtaliya Güləş Federasiyasının (FIJLKAM) rəsmi şikayəti səbəb olub.

 

UWW Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində 74 kq çəkidə yarımfinalın mərhələsinin Turan Bayramov – Frank Çamizo qarşılaşması ilə bağlı araşdırmalara başlayıb. Hakimlər və qurum nümayəndələrinin hesabatlarını toplayan UWW görüşü araşdıraraq ən ədalətli qərarı verməyi planlaşdırır.

 

Qeyd edək ki, Bayramov 8:8 hesabı ilə başa çatan dueldə xalların keyfiyyətinə görə qələbə ilə Paris-2024-ə lisenziya qazanıb. İtaliyalı güləşçinin sonda yerinə yetirdiyi fənd vaxt başa çatdığı üçün qeydə alınmasa da, apenninlilər həlledici xalın 6 dəqiqəlik qarşılaşma daxilində gerçəkləşdiyini iddia edir.