İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-17 dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, mötəbər turnirin beşinci günündə qızlar güləşçilərin mübarizəsi başa çatıb. Medallar uğrunda Azərbaycan millisinin 3 idmançısı xalçaya çıxıb. Onların hər üçü 3-cü yer uğrunda yarışıb.

 

Nəzrin Əhmədli (40 kq), Günay Qurbanova (61kq) və  Zəhra Kərimzadə (69 kq) bürüncə sahib çıxıblar.

 

Qeyd edək ki, millimiz mundiala 6 qız güləşçi ilə yollanıb və onlardan 3-ü yarışla medalsız vidalaşıblar.