Bu gün İspaniyanın Valensiya şəhərində bədii gimnastika üzrə 40-cı dünya çempionatı start götürür. 1917-ci ildən nəhəng tədbirlərin keçirildiyi məşhur Feria Valencia sərgi mərkəzi zərif cins nümayəndələrinin ixtiyarına buraxılacaq.
Yarışda Azərbaycan da daxil olmaqla 62 ölkədən 222 gimnast iştirak edəcək. Fərdi yarışlarda ölkəmizi 2023-cü il Avropa çempionatının mükafatçısı Zöhrə Ağamirova, İlona Zeynalova və yeniyetmələr arasında 2022-ci il Avropa çempionatının bürünc mükafatçısı Kamilla Qafarova təmsil edəcəklər. Avro-2023-ün qalibləri və ötənilki dünya çempionatının mükafatçıları Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Qummətova və Yelizaveta Luzan qrup hərəkətlərində çıxış edəcəklər.
Çempionat halqa və topla fərdi təsnifat yarışları ilə başlayacaq. Bu növlərdə Zöhrə Ağamirova və İlona Zeynalova qüvvəsini sınayacaq. Onlar üçün yarışlar Bakı vaxtı ilə saat 19:30-dan sonra başlayacaq.
Ümumilikdə fərdi birincilikdə 88 gimnast iştirak edəcək ki, onlardan 18 ən güclüsü çoxnövçülükdə medalçıları müəyyənləşdirəcək. Ayrı-ayrılıqda hər növdə isə 8 zərif cins nümayəndəsi final mərhələsinə yüksələcək.
Bu gün halqa və topla həm funalçılar, həm də medalçılar müəyyənləşəcək. Bu növlərdə final mərhələsinə Bakı vaxtı ilə saat 23:00-dan etibarən start veriləcək.
Sabah gimnastlar gürz və lentlə çıxış edəcəklər. Sabahkı təsnifat mərhələsinin yekunlarına əsasən, nəinki səkkiz finalçı (finallar sabah baş tutacaq), həm də şənbə günü, avqustun 26-da keçiriləcək çoxnövçülük üzrə finalın 18 iştirakçısı müəyyənləşəcək.
Çempionat 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadaya vəsiqə qazanmaq baxımından çox əhəmiyyətlidi. Məsələ burasındadır ki, çoxnövçülükdə finallara vəsiqə əldə edən 18 gimnastdan 14-ü Parisə vəsiqə əldə etmiş olacaq. Əsasnaməyə görə Olimpiadada bir ölkədən maksimum 2 bədii gimnast iştirak edə bilər. İtaliya, Bolqarıstan və Almaniyanın isə artıq 1 lisenziyası olduğu üçün, onlar final mərhələsində istənilən uğurlu nəticəyə imza atsa belə, yalnız 1 lisenziya əldə edə biləcəklər. Dolayısı ilə qızlarımızdan çoxnövçülükdə final mərhələsinə vəsiqə qazanan olarsa, de-fakto, Olimpiadaya lisenziya əldə etmiş olacaq.

Oxşar Xəbərlər
Qəbələdə ara qarışdı - 2 qırmızı vərəqə oldu, Qurban Qurbanov da cəzalandı
25 September 2023 19:47
"Araz-Naxçıvan" kiməsə yem olmayacaq, sürətlə gəlirik" - MÜSAHİBƏ
24 September 2023 13:15
Top Xəbərlər
-
Azərbaycan Niderlandı belə darmadağın etdi - VİDEO
21 September 2023 -
Azər Məmmədov Murad Musayevin cavabını verdi
25 September 2023 -
Vikinqlər Bakıdan belə əliboş yola salındılar - VİDEO
22 September 2023
Rubrikalar
Dörd səhv bu dəfə də bir düzü aparacaq?
TRİBUNA(L)
Mehman Cahandar
18-in 18 hadisəsi
HƏQİQƏT ANI
Kamal Rza
Bizim Mətbəx
-
"Fənərbaxça"nın futbolçusu Diniyevlə komanda yoldaşı oldu
16 September 2023 -
Belçika Bakıdan 3 xalla qayıdır Yeniləndi
9 September 2023
Turnir Cədvəli
Premyer Liqa
Komanda | O | Q | H | M | Q/F | X |
Zirə | 7 | 5 | 1 | 1 | 7-3 | 16 |
Səbail | 7 | 4 | 1 | 2 | 12-9 | 13 |
Qarabağ | 7 | 4 | 1 | 2 | 11-6 | 13 |
Turan | 7 | 3 | 2 | 2 | 11-8 | 11 |
Araz | 7 | 3 | 1 | 3 | 7-8 | 10 |
Neftçi | 7 | 2 | 3 | 2 | 6-5 | 9 |
Sumqayıt | 6 | 2 | 2 | 2 | 7-5 | 8 |
Sabah | 6 | 1 | 2 | 3 | 8-9 | 5 |
Kəpəz | 7 | 1 | 2 | 4 | 5-11 | 5 |
Qəbələ | 7 | 1 | 1 | 5 | 5-15 | 4 |
1-ci Liqa
Komanda | O | Q | H | M | Q/F | X |
MOİK | 2 | 2 | 0 | 0 | 4-0 | 6 |
Şamaxı | 2 | 1 | 1 | 0 | 9-1 | 4 |
Karvan | 2 | 1 | 1 | 0 | 4-1 | 4 |
Qaradağ Lökbatan | 2 | 1 | 1 | 0 | 3-1 | 4 |
İrəvan | 2 | 1 | 1 | 0 | 2-0 | 4 |
İmişli | 2 | 1 | 0 | 1 | 3-1 | 3 |
Zaqatala | 2 | 0 | 1 | 1 | 0-2 | 1 |
Difai Ağsu | 2 | 0 | 1 | 1 | 0-3 | 1 |
Mingəçevir | 2 | 0 | 0 | 2 | 1-6 | 0 |
Araz Saatlı | 2 | 0 | 0 | 2 | 0-11 | 0 |
AVRO-2024
Komanda | O | Q | H | M | Q/F | X |
Belçika | 5 | 4 | 1 | 0 | 13-1 | 13 |
Avstriya | 5 | 4 | 1 | 0 | 12-4 | 13 |
İsveç | 5 | 2 | 0 | 3 | 11-8 | 6 |
AZƏRBAYCAN | 4 | 0 | 1 | 3 | 2-11 | 1 |
Estoniya | 5 | 0 | 1 | 4 | 2-16 | 1 |
Avropa Liqası
Komanda | O | Q | H | M | Q/F | X |
Bayer | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
Qarabağ | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
Mölde | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
Hakken | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |