1-4 dekabr tarixlərində Portuqaliyanın Gimaraynş şəhərində gimnastikanın TeamGym növü üzrə Avropa çempionatı keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanı bu yarışda Ağamurad Qəhrəmanov, Tofiq Əliyev, Adil Hacızadə, Rəsul Əhmədzadə, Elnur Məmmədov, Ramin Dəmirov, Anar Həsənov və Mənsum Səfərovdan ibarət heyət təmsil edib.

Azərbaycan üçün yeni olan gimnastika növünün nümayəndələri finalda çıxış edərək, həlledici mərhələdə 5-ci yerdə qərarlaşıblar.

TeamGym Avropa gimnastikasına aid komanda yarışı növüdür. Azərbaycan Gimnastika Federasiyası (AGF) 2018-ci ilin əvvəlində TeamGym növünü öz fəaliyyətinə daxil etməyə qərar verib.

2018-ci ilin oktyabr ayında Azərbaycan milli komandası ilk dəfə TeamGym üzrə Avropa çempionatına qatılmış (Odivelaş, Portuqaliya) və gənclər yaş kateqoriyasında mübarizə aparmışdır.