Akrobatika üzrə "Turin Acro Cup" keçiriləcək. Sport24.az xəbər verir ki, İtaliyanın Turin şəhərində baş tutacaq beynəlxalq yarışda Azərbaycan millisi də iştirak edəcək.

 

Komandamız 4 növdə təmsil olunacaq. Ağasif Rəhimov və Raziyə Seyidli qarışıq cütlərin, Daniel Abbasov və Murad Rəfiyev kişi cütlərinin yarışında mübarizə aparacaq.

 

Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərov kişi qruplarının yarışında qüvvəsini sınayacaq. Nəzrin Zeyniyeva, Anahita Bashiri və Zəhra Rəşidova isə 13-19 yaş kateqoriyası üzrə qadın qruplarının mübarizəsinə qatılacaq. Hakim Dürdanə Əhmədova da turnirdə ölkəmizi təmsil edəcək.

 

Qeyd edək ki, iyulun 5-də start götürəcək yarışa ayın 7-də yekun vurulacaq.