"Komandada bəzi itkilər var. Bəlkə də buna görə məndən daha çox şey gözlənilir". Sport24.az xəbər verir ki, bunu Slovakiya millisinin futzalçısı Tomaş Draxovski Azərbaycma yığmasınya keçirəcəkləri Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib.

İspaniyanın "Qarsia" klubunda çıxış edən Draxovski yığmaya yüksək əhval-ruhiyyədə gəldiyini və qarşıdakı oyunları səbirsizliklə gözlədiyini bildirib: Meydanda daha çox işləməliyəm. Qələbə qazanmağımız üçün əlimdən gələni edəcəm. Vəzifəmin öhdəsindən gəlib-gəlməyəcəyimi oyun göstərəcək. Bizim üçün ən vacib mərhələ başlayır. Final mərhələsinə adlamaq üçün yaxşı imkanımız və komandamız var".

Qeyd edək ki, yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 18:00-da başlayacaq.