Futzal üzrə Azərbaycan millisi gələn həftədən Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün təlim-məşq toplanışına başlayacaq. Federasiyanın mətbuat katibi Mahal Məmmədovun Sport24.az-a verdiyi məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah AFFA-nın müraciətini müsbət cavablandırıb.

 

Bununla da milliminz yanvarın 18-dən Bakı İdman Sarayında hazırlıqlara start verəcək.

 

Xatırladaq ki, seçmə mərhələnin ilk turunda yanvarın 29-da Bakıda Slovakiyanı qəbul edəcək, 4 gün sonra Yunanıstanın qonağı olacaq.