Futzal üzrə Azərbaycan milli komandasının üzvü Eduardo Borges klubunu dəyişib.

Sport24.az xəbər verir ki, ötən ilin yayında Belçikanın “Halle Gooik” klubu ilə müqavilə imzalayan müdafiəçi bu dəfə icarə əsasında Fransanın ACCES komandasında çıxış edəcək. Anlaşma may ayına qədərdi. 

Borges transferi ilə bağlı bunları deyib: “Bu həftə ACCES-lə anlaşdım. Müqavilə  4 ay üçün nəzərdə tutulub və köhnə-yeni komandamda icarə əsasında çıxış edəcəm. Çünki “Halle Cooik”lə 1 illik anlaşmam var. Sadəcə, Belçikada çempionat başa çatdığına görə, bu addımı atdım. Formada qalmaq, Azərbaycan millisinə kömək etmək üçün bunu etməli idim. Həm də ACCES mənə yad klub deyil. Elə Belçikaya gedənə qədər də bu komandanın üzvü idim”.