PSJ qapıçı Alessandro Longoni ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 18 yaşlı italyan futbolçu Paris klubuna azad agent kimi qoşulub. O, əvvəllər "Milan"ın gənclər komandasında oynayıb.

 

Longoninin PSJ-nin üçüncü qapıçısı olacağı gözlənilir.

 

Qeyd edək ki, Longoni 2025/26 mövsümündə meydana çıxdığı 17 matçda 18 qol buraxıb və 5 dəfə qapısını toxunulmaz saxlayıb.