PSJ "Leypsiq"in və Fil Dişi Sahili millisinin yarımmüdafiəçisi Yann Diomandeni transferini reallaşdırmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabris Hokins məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 19 yaşlı futbolçu parislilərlə şifahi olaraq beş illik razılığa gəlib. Onu da bildirək ki, "Leypsiq" bir müddət əvvəl "Liverpul"un futbolçuya görə 100 milyon avroluq təklifini geri çevirmişdi.

 

Diomande 2025-ci ilin iyul ayından Almaniya komandasının formasını geyinir və klubla hazırkı müqaviləsi 2030-cu ilin iyununda başa çatır. 

 

Qeyd edək ki, gənc futbolçu 2025/26 mövsümündə 36 matçda 13 qol vurub və 10 məhsuldar ötürmə edib.