Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal milli komandanın DÇ-2026-da uğursuz çıxışından sonra istefa verib. Sport24.az xəbər verir ki, o, sosial şəbəkə hesabında etdiyi paylaşımda milli komandanın qrupda sonuncu olmasına görə məsuliyyəti üzərinə götürdüyünü bildirib.
Səudiyyə Ərəbistanı yığması Uruqvay (1-1) və Kabo-Verde (0-0) ilə heç-heçə etdikdən və İspaniyaya 0-4 hesabı ilə məğlub olduqdan sonra H qrupunda iki xalla sonuncu yeri tutub.
Qeyd edək ki, Əl-Mişal 7 il bu postda çalışmış və Səudiyyə Ərəbistanının 2034-cü il dünya çempionatına ev sahibliyi etmək hüququ qazanmasında fəal iştirak etmişdir.