"Turan Tovuz"un yay hazırlıq planı bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda iyulun 4-də təlim-məşq toplanışının ilk mərhələsinə start verəcək.
Hazırlığın 2 həftəlik birinci mərhələsi Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq.
Türkiyə toplanışının ikinci mərəhələsi isə Boluda həyata keçiriləcək. Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblər hələ məlum deyil.