İsveçrə millisinin və "Sanderlend"in futbolçusu Qranit Caka karyerasını "Çelsi"də davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

 

London klubu yarımmüdafiçi və klubu ilə razılığa gəlib. Keçidin yaxın zamanda açıqlanacağı gözlənilir.

 

Caka 2025-ci ildən "Sanderlend"də çıxış edir. O, daha əvvəl "Bayer" və "Arsenal"da forma geyinib.