"Milan"ın yarımmüdafiəçisi Luka Modriç "Real"ın baş məşqçisi Joze Mourinyonun onu bu yay kluba dəvət edib-etməməsi ilə bağlı danışıb. Sport24.az xəbər verir ki, Xorvatiya millisinin kapitanı məsələ haqda bu cür danışıb:
"Mourinyo mənə zəng edib və "Real"a geri qayıtmağa dəvət edib? Xeyr, o, məni "Real"a dəvət etməyib(gülür). Mən həmişə Jozeyə uğurlar arzulayıram. O, dünyanın ən yaxşı məşqçilərindən biridir. Ona xüsusi sevgim var".
40 yaşlı futbolçu 2012-2025-ci illərdə "Real"ın formasını geyinib.