"Sanderlend" "Çelsi"nin yarımmüdafiəçi Qranit Caka üçün 8 milyon funt sterlinqlik təklifini rədd edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "qara pişiklər" oyunçunu saxlamaq istəyir. "Çelsi" əvvəllər 33 yaşlı futbolçu üçün şərtlər barədə razılığa gəlmişdi. Baş məşqçi Xabi Alonso özü isveçrəli yarımmüdafiəçini sərəncamında görmək istəyir.

 

Qeyd edək ki, Caka ötən mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.