"Sabah" Avstriya təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoldaşlıq oyununu keçirib. Sport24.az xəbər verir ki, "bayquşlar" Macarıstanın "Ferentsvaroş" komandası ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 1:1.
"Sabah" toplanış çərçivəsində ilk yoxlama görüşünü Rumıniyanın "Universitatya Kluj" komandasına qarşı keçirib və 1:1 bərabərə qalıb.
"Sabah" iyulun 1-də Ukrayna təmsilçisi "Polessye" ilə üz-üzə gələcək.