"Barselona"nın hücumçusu Robert Levandovski "Çikaqo Fayr"la ortaq məxrəcə gəlib. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabriso Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, polşalı hücumçu bir neçə həftə əvvəl klubun təlim-məşq mərkəzinə baş çəkib və Amerika klubunun rəhbərliyi ilə danışıqlar aparıb. Tərəflərin iki və ya üç illik müqavilə bağlamağı düşündükləri bildirilir. Müqavilənin bu həftə ərzində açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, Levandovski mövsümün sonunda "Barselona"dan azad agent kimi ayrılıb. O, 2022-ci ildən kataloniyalılarda oynayır. Polşalı hücumçu ötən mövsüm bütün turnirlərdə 46 oyun keçirib, 18 qol vurub və dörd məhsuldar ötürmə edib.