Futzal üzrə Azərbaycan milli komandası bu gün Avro-2026-nın seçmə mərhələsində ilk oyununa çıxıb.Sport24.az xəbər verir ki, Vitali Borisovun komandası 5-ci qrupda Bakıda İsveç yığmasını qəbul edib.

 

Bakı İdman Sarayında keçirilən oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb.

 

Qeyd edək ki, İsveç millisi artıq seçmə mərhələdə II oyununu keçirib. Skandinaviyalılar ilk matçda Yunanıstana 1:4 hesabı ilə uduzub.

 

20:00. Azərbaycan – İsveç – 3:3

 

Qollar: Oktay Rüstəmli, 4, 39, Xəzər Ağəlizadə, 23 – Hampus Furublad, 14, Fredrik Söderqvist, 33, Brayan Yohansson, 37