"Çox çətin və ağır oyun keçdi". Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı İsa Atayev İspaniya ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa çempionatının qrup mərhələsinin II tur oyunu barədə federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

33 yaşı oyunçu iki dəfə hesabda irəli çıxdıqlarını bildirib: "Amma yekunda heç-heçə ilə barışmalı olduq. Çox çətin oyun oldu. Gürcüstana 2:3 hesabı ilə uduzduğumuz ilk qarşılaşmada baş məşqçi mənə şans vermədi. Onun fikirlərinə hörmətlə yanaşırıq".

Atayevin fikrincə, qrupda son matç olan Bosniya və Hersqevina ilə görüşə tam hazır heyətlə çıxacaqlar: İki oyunçumuz koronavirusa görə bizə qoşula bilməmişdi. Heyətimiz də tam deyildi. Üçüncü matçda qələbə qazanacağımıza ümid edirəm. Hələlik qrupdan çıxmaq üçün şansımız var. İnanıram ki, şans bizim tərəfimizdə olacaq".