Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqiblərindən olan Bosniya və Herseqovina yığmasının məşqçisi Niyaz Mulahmetoviç qrupu dəyərləndirib. Sport24.az xəbər verir ki, mütəxəssisin fikrincə, qrupdan çıxmaq şanslarını digər komandalarla görüşlərdə axtarmalıdırlar: "İspaniya qrupun və ümumilikdə turnirin əsas favoritidir. Çətin olacaq, çünki həm Gürcüstan, həm də Azərbaycan braziliyalı legionerlərin oynadığı keyfiyyətli kollektivdir. Amma bizim də şansımız var. Qorxduğumuz yeganə amil koronavirusla bağlıdır. İnanıram ki, problemlərimiz olmayacaq".

Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-da gerçəkləşəcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.