Qış fasiləsinə turnir cədvəlinin birinci pilləsində yollanan "Araz-Naxçıvan" futzal klubu transfer çalışmalarına başlayıb. Sport24.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, "qırmızı-ağlar" braziliyalı müdafiəçi Jan Karlos Perreyra Kostayla anlaşıb.

 

Son klubu Polşanın "Darkomp Vilanov" klubu olan 33 yaşlı futzalçı "5 ay+1 il" müddətinə son çempionun formasını geyinəcək.

 

Qeyd edək ki, "Araz-Naxçıvan" qış fasiləsi zamanı braziliyalı "stolb" Karlos Bertuola ilə yollarını ayırıb.