Futzal üzrə Azərbaycan millisinin üzvü İsa Atayev karyerasını minifutbol liqasında davam etdirəcək.

Sport24.az xəbər verir ki, "Araz-Naxçıvan"dan ayrılan Atayev "Zirə" ilə anlaşıb.

O, minifutbol üzrə Azərbaycan çempionatında vahid lider olan klubla müqavilə imzalayıb və bu mövsümün sonuna qədər həmin komandaya kömək edəcək.

Qeyd edək ki, Atayevin "Beşiktaş Gent"ə keçəcəyi gözlənilirdi.