Jan Alezi Formula 1 üzrə Fransa Qran-prisinin təqvimdən çıxması ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, fransalı sabiq pilot ölkəsində “Kral avtoyarışları”nın sevildiyini, amma hakimiyyət nümayəndələrinin bu istiqamətdə yanlış siyasət apardığını vurğulayıb: “Fransada Formula 1 yarışının təqvimdən çıxarılması trass yox, siyasətlə əlaqəlidir. Fransa Qran-prisi bəlkə də yeganə yarışdır ki, ölkə prezidenti onu izləmək üçün avtodroma gəlmir. Təbii ki, mən Fransua Mitteranı burada yarışın təşkili ilə bağlı təbliğat kampaniyası nəticəsində avtodromu ziyarət etməsini ististna edirəm. Hazırda Formula 1 yarışını təşkil etmək istəyən 32 ölkə növbəsini gözləyir. Fransada Formula 1 populyar olduğu halda, dövlət rəsmilərimiz onu qorumaq üçün heç nə etmədi. Təəssüf ki, biz bu Qran-prini itirdik. Belə çıxır ki, ölkə artıq avtoidman yarışının təşkilində maraqlı deyil. İndiki məqamda ölkə prezidenti ilə görüşüb ondan dəstək almaq istəyirəm. Yenidən Qran-prini Fransaya qaytarsam, dünyanın ən xoşbəxt insanı olaram”