Formula 1-də çıxış edən yaponiyalı pilot Yuki Tsunoda UEFA Avropa Liqasının 1/16 final mərhələsində “Yuventus”la “Nant” arasındakı oyunu stadiondan izləyib. Sport24.az xəbər verir ki, “Alfa Tauri”nin üzvü arenada Turin klubunun yarımmüdafiəçisi Pol Poqba ilə də görüşüb.

Yaponiyalı pilotu salamlayan fransalı futbolçu ona üzərində Yukinin adı yazılan 22 nömrəli “Yuventus” forması da hədiyyə edib. Tsunoda Formula 1-də məhz bu nömrə ilə yarışır.

Xatırladaq ki, ötən mövsüm “Alfa Tauri”nin yaponiyalı pilotu şəxsi birincilikdə 12 xalla 17-ci yeri tutmuşdu.