Formula 1 üzrə dünya çempionatında iştirak edən “Uilyams” komandası yeni bolidinin fotosessiyasını dərc edib. Sport24.az xəbər verir ki, yeni mövsümdən Böyük Britaniya komandasının pilotları “FW45” bolidini idarə edəcək.

Qeyd edək ki, “Uilyams” ötən mövsüm Mühəndislər Kubokunda 8 xal toplayaraq 9-cu yeri tutub. Yeni mövsümdə bu komandada əslən Tailanddan olan britaniyalı Aleksander Albonla amerikalı pilot Loqan Sarcent mübarizə aparacaq. Sarcent Formula 1-dən ayrılan Nikolas Latifini əvəz edəcək.