“Red Bull” pilotu Maks Ferstappen Afrika qitəsində də Formula 1 Qran-prisinin keçirilməli olmasını hesab edir. Sport24.az xəbər verir ki, son 2 mövsümdə çempion olan niderlandlı pilot "qara qitə"də də yarışmaq lazım olduğunu açıqlayıb: "Demək olar ki, bütün qitələrdə Qran-pri keçiririk. Ona görə də mənə elə gəlir ki, növbəti dayanacağımız “qara qitə” olmalıdı. Bu Formula 1 üçün ən məntiqli adıım sayılardı”.

Xatırladaq ki, 1960-cı ildən 1993-cü ilə qədər Cənubi Afrikanın Qautenq vilayətinin “Kyalmi” avtodromunda Formula 1 Qran-prisi təşkil olunub. Son vaxtlar Formula 1-in yenidən bu ölkəyə qayıdacağı haqda müzakirələr gedir