"Formula-1" təmsilçisi "Red Bull" Serxio Pereslə yeni razılaşma əldə edib.

Sport24.az xəbər verir ki, meksikalı sürücü ilə 1+1 sxemi üzrə müqavilə imzalanıb.

Peres 2025-ci ilin sonuna kimi Avstriya komandasında çıxış edəcək. Əgər tərəflər arasında razılaşma əldə olunarsa, bu müddət daha 1 il artırılacaq.

Qeyd edək ki, Peres 2025-ci il dünya çempionatında 5-ci pillədə qərarlaşıb. Onun hesabında 107 xal var.