Formula 1-də çıxış edən “Mersedes” pilotu Corc Rassell maraqlı açıqlaması ilə diqqət çəkib. Sport24.az xəbər verir ki, 25 yaşlı britaniyalı idmançı bir vaxtlar psixoloq seanslarına qatıldığını etiraf edib: “Hardasa 2 ilə yaxın müddətdə psixoloq yanına getmişəm. Məhz onun məsləhətləri ilə trassda özümü güclü hesab etmişəm. Bəzən elə olurdu ki, “mən onun yanına getsəm, maksimum 5-10 dəqiqə söhbət edə bilərik” deyirdim. Amma müzakirələr bir saatdan artıq çəkirdi. Psixoloq məsləhətinə ciddi yanaşan adamam. Bəziləri elə bilir ki, bu sahənin mütəxəssisin yanına gedirsənsə, deməli, sənin psixi problemlərin var. Amma məhz onlar adama çətin vəziyyətdən çıxmağa kömək edir. Psixoloq yanına getdiyim üçün niyə utanmalıyam ki?”