"Formula 1" üzrə Avstraliya Qran-prisində sıralama turunun qalibi məlum olub. Sport24.az xəbər verir ki, yarış Melburn şəhərində baş tutub.

 

Son dünya çempionu Maks Ferstappen sıralama turunun qalibi olub. "Red Bull"un pilotu martın 24-də baş tutacaq əsas yarışa birinci yerdə başlayacaq. "Ferrari" pilotu Karlos Sayns ikinci, "Red Bull"un üzvü Serxio Peres isə üçüncü nəticə göstərib.

 

Qeyd edək ki, Avstraliya Qran-prisində əsas yarış martın 24-də, Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.