Formula 1 üzrə ikiqat dünya çempionu Mika Hakkinen yeni mövsümdə də Maks Ferstappenin hegemonluq edəcəyini proqnozlaşdırıb. Sport24.a xəbər verir ki, finlandiyalı sabiq pilotun fikrincə, “Red Bull”un liderinin rəqibi yoxdur: “Ferstappen çox güclü pilotdur. O, həmişə də güclü olub. Dünyanın ən güclü pilotu olmaq üçün həmişə də öz üzərində səylə çalışıb. Hazırda ondan daha üstün heç kim ola bilməz. Ən azı beləsi ağlıma gəlmir. Hər titul qazandıqca Maks özünəinam hissini daha da artırır. Ferstappen mövsümə necə hazırlaşmaq lazım olduğunu çox yaxşı bilir. İndi də əla formadadır. Məncə, onun hegemonluğu hələ bir müddət də davam edəcək. Ondan eniş gözləməyə dəyməz!”

Xatırladaq ki, Formula 1-də yeni mövsüm həftəsonu Bəhreyn Qran-prisi ilə start götürəcək.