2026-cı ildə təşkil olunacaq "Formula 1" üzrə Azərbaycan Qran-prisinin hansı tarixdə keçiriləcəyi bəlli olub. Sport24.az xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyası və "Formula 1" təşkilatçıları növbəti ilin təqvimini açıqlayıblar.

 

Bakıdakı yarış sentyabrın 25-27-si aralığında gerçəkləşəcək.

 

Qeyd edək ki, 2026-cı ildə "Formula 1" təqvimi yenə 24 mərhələdən ibarət olacaq. Bu il Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.