Formula 3 yarışlarında iştirak edən “Kampos” komandasının üzvü Kristian Mensellə boliddə hərəkət edərkən mobil telefondan istifadə etməyə icazə verilib. Sport24.az xəbər verir ki, buna britaniyalı pilotun 1-ci dərəcəli şəkətli diabet xəstəsi olması səbəb kimi göstərilib.

Belə ki, Mensell bu xəstəliyə görə koma vəziyyətinə düşə biləcəyinə görə onunla müntəzəm olaraq əlaqə yaratmaq lazımdır. Yarışın gedişində özünü pis hiss edəcəyi halda, Mensellə məşqçisinə zəng etmək hüququ verilib.

Xatırladaq ki, FİA-nın bayrağı altında keçirilən sürət yarışlarında pilotlara mobil telefonlardan istifadəyə qadağa qoyulub.